İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Quniyə əyalətinin "mehir vəqfi idarəsi" Afrikanın 15 ölkəsində 21 min 500 nüsxə Quran-Kərimi pulsuz paylanılacaq.
Quran-Kərimin hədiyyə nüsxələrinin paylanılması "Afrikada Quran qardaşlığı" layihəsinin icrası istiqamətində həyata keçəcək.
Türkiyənin Quniyə əyalətinin "mehir vəqfi idarəsi" müdiri Aygül Ərdəm dünən, Cüməaxşamı günü, 27 Oktyabr 2017-ci il, bu Quran nüsxələrini daşıyacaq karvanın yola salınması mərasimində çıxışı zamanı dedi: Afrika qitəsinin müsəlmanları müxtəlif problemlərdən əziyyət çəkirlər. Onların uşaqlarının təhsil alması üçün lazım olan şərait və avadanlıqlar yoxdur. Onların öz ölkələrinə uyğun, azad və imperialistlərin caynağından kənarda təhsil sistemləri yoxdur.
Aygül Ərdəm əlavə etdi: Quniyə əyalətinin "mehir vəqfi idarəsi" Afrikadakı müsəlman qardaşlarımızı imperializm və onların gətirdiyi mədəni, elmi və ictimai fəlakətlə mübarizədə dəstəkləməkdir. Və bu layihənin icrası istiqamətində afrikalı müsəlmanlar arasında 21 min 500 nüsxə Quran-Kərim paylayacayıq.
http://iqna.ir/fa/news/3657138