İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial Arsenalın sabiq oyunçusu Vassiriki Abou Diaby barədə yayılan video klip geniş tamaşaçı kütlənin marağına səbəb oldub. Arsenal futbol klubunun sabiq oyunçusu bu videoda Qurani-Kərimi tərtil üslubu, təcvid qaydalarına riayət edərək və gözəl səs ilə tilavət edir.
Vassiriki Abou Diaby İngiltərənin Arsenal futbol klubunun sabiq oyunçusu və Fransa milli komandasının üzvüdür.
Sosial şəbəkədə yayılmış videoda Vassiriki Abou Diaby Qurani-Kərimin Taha surəsnin 11- 14-cü ayələrini tilavət edir.
Bu video klip ötən il Həcc mərasimi günlərində Minada hacıların çadırında çəkilmişdir.
Qeyd edək ki, Vassiriki Abou Diaby elə futbol oynadığı vaxtlarda da gözəl Quran tilavət etməsi ilə məşhur idi və o, Qurani-Kərimin 19 cüzünü -(19 hissə ki, hər biri 20 səhifədir)- əzbər bilirdi.
Aşağıdakı linkdə həmən videonu dinləyə və endirə bilərsiniz:
http://www.iqna.ir/fa/news/3656975