IQNA

İstambul 2. Quran qiraəti toplantısına evsahibliyi edib + foto

19:56 - November 06, 2017
Xəbər sayı: 3482351
Türkiyənin İstambul şəhəri İslami ölkələrin Quran mütəxəssislərinin iştirakı ilə keçirilən 2. Beynəlxalq Quran Qiraəti toplantısına evsahibliyi edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhəri İslami ölkələrin Quran mütəxəssislərinin iştirakı ilə keçirilən 2. Beynəlxalq Quran Qiraəti toplantısına evsahibliyi edib.

İslami ölkələrin Quran mütəxəssislərinin iştirakı ilə keçirilən 2. Beynəlxalq Quran Qiraəti toplantısı keçən həftənin Cümə günü, 3 Noyabr 2017-ci il, Türkiyənin dini işlər idarəsinin rəhbərliyi, nəzarəti və müxtəlif müsəlman ölkələrinin elm adamları, mütəfəkkirləri, mütəxəssisləri və təhsil ocaqlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Əli Ərbaş – Türkiyə Dini İşlər İdarəsinin rəisi, Bəkir Buzdağ – Türkiyənin baş nazirinin müavini və Türkiyə cümhuriyyətinin digər məsul işçiləri bu toplantının açılış mərasimində iştirak ediblər.

Türkiyə Dini İşlər İdarəsinin rəisi Əli Ərbaş açılış mərasimində çıxış edərək deyib: Qurani-Kərimin qiraət elmi hələ də İslam dünyası və müsəlmanlar arasında xüsusi yer tutan və əhəmiyyətli dini elmlərdən biridir. Gələcəkdə də bu elmə önəm verilməli və bu elmə diqqət edilməlidir.

Bu toplantı İslami ölkələrdə Quran qiraətinin səviyyəsinin yüksəldilməsi hədəfi ilə keçirilmişdi. Toplantı dünən, keçən həftənin bazar günü, 5 noyabr 2017-ci il, öz işinə yekun vurmuşdur.

http://iqna.ir/fa/news/3660407


captcha