İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Kentuki əyalətinin Luizvil (Louisville) şəhərinin St. Paul kilsəsi (St Paul s Cathedral) Noyabr ayının 13-də İslamşünaslıq barədə konfransa evsahibliyi edəcək.
Cari ilin Noybar ayının 13-də keçiriləcək bu konfransda İslam maarifinin tanıtdırılması barədə müzakirə proqramları olacaq.
Bu konfrans İslamşünaslıq barədə "Sülh üçün dinlərarası çarə yolu" tədqiqat müəssisənin təşəbbüsü ilə keçirilən toplantıların dördüncüsüdür.
Gələn həftənin birinci günü keçiriləcək bu konfrans yerli vaxtla günün ikinci yarısı saat 17:00-da St. Paul kilsəsində keçiriləcəkdir.
Halə Kərimi ("Sülh üçün dinlərarası çarə yolu" tədqiqat müəssisənin müdiri) bu konfransda İslam dini barədə mühazirə edəcəkdir.
ABŞ-ın Kentuki əyalətinin Luizvil (Louisville) şəhəri müsəlmanların çoxunun fikrincə rəhmət və dostluq şəhəri sayılır. Amma bununla belə yenə də bu şəhərdə müsəlmanlar əleyhinə radikal davranan qruplar var ki, məscidlərə hücum edirlər və İslami mərkəzlərin divarlarına anti-İslam şüarlar yazırlar.
http://iqna.ir/fa/news/3661624