IQNA

Yaxın Şərqdə yeni müharibə başlayır?

"Hizbullah" 25 min döyüşçüsünü Suriyadan Livana çağırır - Təfərrüat

0:57 - November 12, 2017
Xəbər sayı: 3482376
Livan Baş naziri Səid Həririnin istefaya məcbur edilməsi və İsrail rejiminin Livana hücum etmək xülyası ətrafında yaranan gərginlik davam edir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Baş naziri Səid Həririnin istefaya məcbur edilməsi və İsrail rejiminin Livana hücum etmək xülyası ətrafında yaranan gərginlik davam edir. 
"Hizbullah" müqavimət hərəkatının mümkün müharibə üçün Suriya və İraqda olantəxminən 25 min hərbiçisini Livana çağırdığı iddia edilib. İstefasını Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda televiziyada canlı yayımlaaçıqlayan Həririnin aqibəti tam olaraq aydınlaşmayıb. 
Həmin istefanı qəbuledilməz adlandıran Livan prezidenti Mişel Aun, Həririni ölkəsinə qayıtmağa dəvət edib. Həriri öz istəyi, ya da zorla ər-Riyadda saxlanılması ilə birlikdə Yaxın Şərqi sarsıdan hadisələr arda-arda gəlir. Səudiyyə Ərəbistanının hücumlarına məruz qalan Yəmən ər-Riyada raket atıb. 
Daha sonra Səudiyyədə 11 şahzadə və onlarla dövlət rəsmisi korrupsiya ittihamı ilə həbs olunub. Şahzadə və 8 rəsmi şəxsin olduğu helikopter də Yəmən yaxınlığında qəzaya uğrayıb. Səudiyyə Ərəbistanı ötən gün vətəndaşlarını Livanı tərk etməyə çağırdı.
Daha sonra Küveyt və Bəhreyn də eyni çağırışı etdi. Beyrutda nəzarəti əlində saxlayan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullahdünən verdiyi açıqlamasında qeyd edib ki, Səudiyyə ƏrəbistanıSəid Həririni girov saxlayır və ölkəsinə qayıtmasına icazə vermir. Seyid Həsən Nəsrullah, "Ər-Riyad rəhbərliyinin "Hizbullah"-la probleminin olduğunu bilirik və bundan qaçmırıq. Ancaq bundan dolayı Livanı cəzalandırmamaq lazımdır
Səudiyyə Ərəbistanı müşavirləri olmadan baş naziri çağırıb istefaya zorlayaraq Livanı yeni bir vəziyyətə sürükləmək istəyir. İstefa məktubunu Həriri yazmadı. İstefa qeyri-qanunidir və Səudiyyə Ərəbistanı bununla livanlıları bir-birinə qarşı ədavət bəslətməyə çalışır. 
Həririyə qatılmasaq belə ona edilən hörmətsizlik bütün livanlıları incidir. Həririnin rəhbərlik etdiyi hökumət istefa etmədi. Hələ də qanunidir. Səudiyyə Ərəbistanı Livana müharibə elan etməsi üçün İsrailə milyardlarla dollar təklif edib. İsrailin hazırda bunu edəcəyini güman etmirəm. Amma vəziyyətdən istifadə etməyə cəhd etməsin deyə də İsraili xəbərdar edirəm. Səudiyyə Ərəbistanı İrana birbaşa qarşı çıxa bilmədiyi üçün hirsini Livandan çıxır. Məqsədləri Livanı diz çökdürməkdirsə, yanılırlar və buna nail olmayacaqlar. Məqsəd "Hizbullah"ı aradan qaldırmaqdırsa, bilsinlər ki, heç kəs bunu edəcək gücdə deyil. Bu, Səudiyyənin edə biləcəyi iş də deyil", -deyə məsələyə münasibət bildirib. Regionda gərginliyin daha da artması ilə "Hizbullah" müqavimət ordusu İraq və Suriyada döyüşən əsgərlərini Livana geri qaytarır. Artıq Homs-Qusayr və Dəməşq-Ərsal sərhəd xəttindən Beyruta keçidlər başlayıb. 
Livan mətbuatınının yazdığına əsasən,25 mindən çox "Hizbullah" döyüşçüsü Suriya sərhəd xəttindən keçəcək. Dəməşqin Livan sərhədinə yaxın yerlərdəki hərbi bazalar hazır vəziyyətə gətirilib. 
"Mezze" hərbi hava limanına çox sayda yüksək rütbəli zabitlərin köçdüyü bildirilir. Bəşər Əsədin qardaşı Mahir Əsədinbaşçılıq etdiyi sərhəd birliyi briqadasına həyəcan siqnalı verilib. Livan sərhədindəki diviziyadan başqa, "Liva əl-Bədr", "Nücəba hərəkatı, "Əsayib Əhləl-Haqq", "Əbülfəzl Abbas"və "Liva Zülfüqar" bazasında yerləşən qüvvələrin də İsrailin mümkün hücumu halında, sərhəddən Livana keçməsi planlaşdırılır. 

captcha