IQNA

Nigeriya qəzetində ƏRBƏİN barədə məqalə çap edildi

8:14 - November 12, 2017
Xəbər sayı: 3482377
İran İslam Respublikasının Əbucadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Nigeriyanın "people dayles" qəzetində "İmam Hüseynin (ə) ƏRBƏİN mərasimi" adlı məqalə çap edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının xəbər və informasiya saytına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Əbucadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Nigeriyanın "people dayles" qəzetində "İmam Hüseynin (ə) ƏRBƏİN mərasimi" adlı məqalə çap edildi.

Bu məqalə İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimi günlərində, cari ilin Noyabr ayının 7-də, "Milyonlarla insanın Kərbəlada dünyanın ən böyük toplantısında ziyarət üçün toplanışı" adı ilə nəşrə edilib.

Məqalənin girişində İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti, Həzrət Zeynəbin (ə) Kərbəlanın mesajını təbliğ etməkdə rolu və bu hadisəni necə əbədiləşdirməsi, Yezid və Üməyyə sülaləsinin rüsvayçılığı və onların törətdiyi cinayətlər barədə məlumat verilib.

Yazının ikinci hissəsində isə ƏRBƏİN mərasimində ziyarətin piyada yürüşlərlə həyata keçirilməsinin tarixi və fəlsəfəsi açıqlanıb.

http://iqna.ir/fa/news/3662129

Teqlər: iqna ، nigeriya ، Ərbəin
captcha