
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Kentukki (Kentucky) əyalətinin Leksinqton (Lexington) şəhərində oğlu qətlə yetirilən müsəlman ata oğlunun 31 il həbsə məhkum edilmiş qatilini bağışladı.
Amerikalı müsəlman Əbdül-Münim Sambat Citmudun oğlu Səlahuddin 2015-ci ildə "Trey Alexander Relford" adlı amerikalı tərəfindən qətlə yetirilmişdi. Amerika məhkəməsi qatilə 31 il həbs cəzası vermişdi.
Müsəlman ata isə hökm oxunduqdan sonra qatili İslami göstərişlərə əsasən bağışladığını elan edib.
Amerikalı müsəlman Əbdül-Münim Sambat Citmudun məhkəmədə qatilə deyib: Oğlum tərəfindən və onun iki il öncə vəfat etmiş anası tərəfindən və İslami əxlaqi dəyərlərə söykənərək səni bağışlayıram. Və Allahın da tövbə və bağışlamaq qapısı sənin üzünə açıqdır.
Əbdül-Münim Sambat Citmudun vurğulayıb: Bir nəfəri əfv edib bağışladığımız zaman hamımız üçün həyat kitabında yeni bir fəsil başlayır.
Qeyd edək ki, "Trey Alexander Relford" 2015-ci ildə Əbdül-Münim Sambat Citmudun evinə oğurluq üçün girib və hadisə zamanı onun oğlunu qətlə yetirib.