IQNA

20:51 - December 01, 2017
Xəbər sayı: 3482451
Bu gün səhər İranın Kermanşah əyalətində 6,1 gücündə zəlzələ baş verib. Bu zəlzələdə insan tələfatı olmasa da yaralananlar və güclü dağıntılar var.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın Səhiyyə Nazirliyinin Kerman şəhəri üzrə mərkəz elan edib ki, baş vermiş zəlzələ nəticəsində 42 nəfər yaralanıb.
Onlar xəstəxanalarda abmbulator müayinə olunub və evə buraxılıblar.
Məlumatda bildirilir ki, zəlzələ Ravər, Kerman, Rəfsəncan və Zərənd şəhərlərində hiss olunub.
Ravər şəhərinin ətrafında yerləşən kəndlərdə evlərə ziyan dəyib. Dağ uçqunu olduğu üçün, bir neçə kəndin şəhərlə əlaqəsi kəsilib. Bəzi yerlərdə elektrik enerjisi kəsilib.
Qirmızı Aypara Cəmiyyəti və İran İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) qüvvələri zəlzələ bölgəsinə göndərilib.Xilasetmə işləri davam etdirilir. Zəlzələnin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər görülür.
Zəlzələ nəticəsində kəndlərə ziyan dəysədə, ölən olmadığı bildirilir.
Yeraltı təkanların episentri Hocedk qəsəbəsinin 37 kilometrliyində yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Həmçinin bu gün səhər Kerman əyalətində yerli vaxtla saat 06:13 –də 5,1 bal gücündə və 06:19-da 4 bal gücündə daha iki zəlzələ baş verib.
İlkin məlumata görə, Kuhsaran bölgəsində bəzi kənd və qəsəbələrdə dağıntılar olub. Eləcədə məlumatda bildirilir ki, həmin bölgədə dağ uçqunu da baş verib.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, noyabr ayının əvvəlində İranın Kirmanşah əyalətində7,3 bal gücündə zəlzələ baş vermişdi və zəlzələ nəticəsində 480-dan çox insan həyatını itirmiş və 8000 minə yaxın insan isə xəsarət almışdır. /maide.az/


Teqlər: İQNA ، İran ، Kerman ، zəlzələ
Ad:
E-poçt:
* Comment:
* captcha: