IQNA

Bu il Azərbaycanda körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

10:02 - December 24, 2017
Xəbər sayı: 3482550
2017-cı ildə Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub. Bu il ərzində doğulan körpələrə qoyulan adlar arasında üstünlük yenə Yusif (2839) və Zəhraya (2700) verilib.

Bu il Azərbaycanda körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHIİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 017-cı ildə Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub.
“Report” informasiya portalı Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, xəbər verir ki, bu il ərzində doğulan körpələrə qoyulan adlar arasında üstünlük yenə Yusif (2839) və Zəhraya (2700) verilib.
Doğulan körpələrə verilən adlar arasında Əli (2102), Nuray (2072), Hüseyn (1937), Zeynəb (1620), Məryəm (1619), Ömər (1582), Aylin (1508), Fatimə (1499), Məhəmməd (1423), Uğur (1423), Mələk (1426), Murad (1228), Ayxan (1091), Ayan (1076) adları da üstünlük təşkil edib.
Bundan başqa, uşaqlara ən çox verilən adlar arasında  Xədicə (892), Mədinə (923), Dəniz (1381), Leyla (854), Tunar (845), İbrahim (840), Gülay (730), İnci (731), Ümid (722), Fidan (648), Raul (630), Banu (640), Nilay (501), Əsma (474), Amin (418), Adəm (339) kimi adlar da yer alıb.
Bu il körpələrə Əsnad (248), Sevgi (202), Elif (188), Günəş (178), Nihan (138), Milana (112), Sunay (104), Selin (100), Jasmin (99), İlknur (96), Səmra (85) kimi maraqlı adlar da verilib.
Ötən ilə nisbətdə verilmə sayı artan adlardan daha çox diqqəti “Damla” adı çəkir. Bu ad ötən il 653, bu il isə 1068 körpəyə qoyulub. /maide.az/

Teqlər: iqna ، zəhra ، yusif ، nuray ، adlar
captcha