IQNA

Londonun “Ginko” kitabxanasının təşəbbüsü ilə;
9:48 - December 26, 2017
Xəbər sayı: 3482556
Londonun “Ginko” kitabxanasının təşəbbüsü ilə Süsən Babayi və “Melanie Gibson”nun müxtəlif məqalələri toplayaraq təlif etdikləri “İslam dünyasında sənət və ticarət” kitabı 180 səhifədə çap edildi.

“İslam dünyasında sənət və ticarət” kitabı çap edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Londonun “Ginko” kitabxanasının təşəbbüsü ilə Süsən Babayi və “Melanie Gibson”nun uyğun mövzuda müxtəlif məqalələri toplayaraq təlif etdikləri “İslam dünyasında sənət və ticarət (mübadilə)” kitabı 180 səhifədə çap edildi.
“İslam dünyasında sənət və ticarət (mübadilə)” kitabı miladın 17-ci və 18-ci əsrlərində İslam dünyasında ticarət, təbadül və sənət mövzusunu araşdıraraq yazılmış məqalələr toplusudur.  
Bu elmi məqalə toplusu olan kitabda İslami ticarət və sənətlə bağlı bir-birindən maraqlı 10 məqalə dərc edilmişdir. Məqalələrdə miladın 17-ci və 18-ci əsrlərində dinlərarası və mədəniyyətlərarası əlaqələr və təbadüllər araşdırılmış və bunun müasir dövrün başlanğıcında Qərbi-Asiyaya olan təsiri müzakirə edilmişdir.
Kitabda müsəlmanların milli mədəniyyətləri və bu mədəniyyətləri arası əlaqələrin vəsfindən əlavə həmin dövrdə yaşayan müsəlmanların adət və ənənələri barədə də danışılmışdır.  
Bu kitabı yazanlar öz araşdırmalarını ilk öncə 2016-cı ild Berlinin universitetində keçirilən “Ginko” kitabxanasının üçüncü konfransında təqdim ediblər.  
http://iqna.ir/fa/news/3676199

Ad:
E-poçt:
* Comment:
* captcha: