İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin Kembric universitetinin İlahiyyat fakültəsinin ustadı Professor Dr. Muiz Məs`ud Davosda keçirilən ümumdünya iqtisad toplantısındakı çıxışında vurğuladı ki, Qurani- Kərimin və İslam maarifinin dərindən və doğru dərk edilməsi dünyada yeni sağlam mədəniyyətin formalaşmasında və azğınlığın və təhrifin qarşısını almaqda böyük təsiredici rola malik və əsas amildir.
Misirin “əl-yəvm əs-sabe” xəbər və informasiya portalının verdiyi məlumata əsasən, İngiltərənin Kembric universitetinin İlahiyyat fakültəsinin ustadı Professor Dr. Muiz Məs`ud Davosda keçirilən ümumdünya iqtisad toplantısındakı çıxışında əlavə etdi: Cəmiyyətdə fərdləri məhvə, puçluğa, azğınlığa və xürafata çəkən və insanların reallığı və həqiqəti başa düşməsinin qarşısını alan “dini məfhum”lar ilə mübarizədə Qurani- Kərimin dərdindən və doğru başa düşülməsi ən əsas amildir.
Professor Dr. Muiz Məs`ud Davosda keçirilən ümumdünya iqtisad toplantısındakı çıxışında dedi: Qurani- Kərim insanı doğru seçimə, tanımağa, mərifətə və həqiqətləri kəşf etməyə dəvət edir. Qurani- Kərim kömək edir ki, insanlar bəşəriyyətin yaranışının doğru hədəflərini tapmaq üçün bir- biriləri ilə həmkarlıq və əməkdaşlıq etsinlər.
İngiltərənin Kembric universitetinin İlahiyyat fakültəsinin ustadı dünyada ixtilafların yaranması və müxtəlif savaşların yayılmasına işarə edərək dedi: Qurani- Kərimin və İslami şəriətinin hədəflərini doğru mənimsəmək və dərindən dərk etmək bəşəriyyətə həqiqi dəyərlər əsasında yeni bir mədəniyyətin və sivlizasiyanın yaranmasına kömək edəcəkdir.
Qeyd edək ki, ümumdünya iqtisadiyyat toplantısı ilk dəfə 1971-ci ildə Davos şəhərində Avropanın iqtisadi və capitalist rəhbərlərinin iştirakı ilə keçirilmişdir.