İQNA- nın (Beynəlxalq Quran Xəbrə Agentliyi) “fələstin online” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, terroçu sionist yəhudilərdən ibarət qəsəbə sakinləri işğal edilmiş Fələstin ərazilərindəki Yafa şəhərinin tarixi “Həsənbəy” məscidinə hücum etdilər.
Terrorçu yəhudilər tərəfindən işğal edilmiş Fələstin ərazilərindəki Yafa şəhərinin tarixi “Həsənbəy” məscidinin camaat imamı Şeyx Əhməd Ücvə bu barədə xəbər verərək dedi: Bu gün səhər, (dünən, 01. 02. 2018), terroçu sionist yəhudilərdən ibarət qəsəbə sakinləri məscidə hücum edərək, boş su şüşələri ilə məscidi “atəşə” tutublar. Onlardan biri ki, ibri dilində digərləri ilə söhbət edirdi, məscidə yaxınlaşaraq İslam və müsəlmanları söyməyə başlayıb.
Məscidin camaat imamı əlavə etdi: Bu terrorçu şəxslərin atdıqları bəzi şüşələrdə isə tanımadığım maddələr var idi və bu şüşələr məscidin qapısına çırpılmışdı.
Qeyd edək ki, Fələstinin tarixi abidəsi olan “Həsənbəy məscidi” həmişə terroçu sionist qəsəbə sakinləri tərəfindən hücumlara məruz qalır. Buna görə də bu məscidin camaat imamı Şeyx Əhməd Ücvə Yafa şəhərindəki müsəlmanlardan istədi ki, məscidin ibadi proqramlarında geniş və izdihamlı iştirak etsinlər.
http://iqna.ir/fa/news/3687591