IQNA

Avropa məscidlərinə hücumların sayının çoxalması nigaranedicidir

9:59 - February 02, 2018
Xəbər sayı: 3482721
Almaniyanın “Milli Görüş İslam Cəmiyyəti” (İGMG) Avropa ölkələrində İslami mərkəzlərə və müsəlmanların ibadət ocaqlarına qarşı hücumların artmasından narahat və nigaran olduğunu bildirdi.

Avropa məscidlərinə hücumların sayının çoxalması nigaranedicidirİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın “Milli Görüş İslam Cəmiyyəti” (İGMG) Avropa ölkələrində İslami mərkəzlərə və müsəlmanların ibadət ocaqlarına qarşı hücumların artmasından narahat və nigaran olduğunu bildirdi.

Bəkir Altaş (qərargahı Almaniyanın Koln şəhərində yerləşən “Milli Görüş İslam Cəmiyyəti”nin  - İGMG - baş katibi) bəyaniyyə yayaraq Avropa ölkələrində İslami mərkəzlərə, məscidlərə və müsəlmanların ibadət ocaqlarına “islamofob” zəminində edilən hücumların çoxalmasını tənqid edərək pislədi.

Almaniyanın “Milli Görüş İslam Cəmiyyəti”nin baş katibi dedi: Son həftələr ərzində məscidlərə hücum kəskin şəkildə çoxalmağa başlayıb. Müsəlmanlar bu vəziyyətdən çox nigarandırlar. Bu nigarançılığın bir səbəbi də budur ki, beynəlxalq təşkilatlar və beynəlxalq cəmiyyət bu hadisələrin qarşısında susur.

Bəkir Altaş vurğuladı: Son günlərdə Almaniyanın Axen və Firzen şəhərlərində müsəlmanların ibadət ocaqları hücuma məruz qalıblar. Bundan əlavə Avropanın digər yerlərində, o cümlədən Fransada da oxşar hallar baş verib. Misal olaraq deyim ki, Fransanın Burdu şəhərində anonim şəxslər məscidə hücum edərək divarlarına təhdidamiz sözlər yazıblar.  

Almaniyanın Koln şəhərində yerləşən “Milli Görüş İslam Cəmiyyəti”nin  (İGMG) baş katibi bu bəyaniyyənin davamında məscidlərə hücum etmək kimi “islamofob” zəmində törədilmiş cinayətlərin qarşısını almaq və bununla mübarizə etmək üçün tədbir tökülməsinin zəruri olduğunu bildirərək dedi: İndiki hadisələr göstərir ki, Avropanın siyasi və təhlükəsizlik qrumları bu kimi hadisələr barədə ciddi ölçü götürmək fikrində deyildirlər. Elə buna görə də bu cür hadislər hər gün çoxalan xətt üzrə davam edir.

Qeyd edək ki, son günlərdə Avropada məscidlərə hücum barədə bir sıra xəbərlər mətbuatda yayılmaqdadır ki, Türkiyə qayaqları bu hadisələrin P.P.K terrorçu qrupunun ünsürləri tərəfindən həyata keçirildiyini iddia edirlər.

http://iqna.ir/fa/news/3687466

captcha