IQNA

İraqda İŞİD-in sui-qəsdinin qarşısı alındı

21:05 - February 03, 2018
Xəbər sayı: 3482725
İraqın təhlükəsizlik qüvvələrinə mənsub xəbər mənbələrinin verdiyi xəbərə görə, ölkənin bir neçə əyalətində İŞİD terrorist qruplaşmasının terror planlarının qarşısı alınıb.

İraqda İŞİD-in sui-qəsdinin qarşısı alındıİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-furat nyuz” informasiya portalına istinadla xəbər verir ki, İraqın təhlükəsizlik qüvvələrinə mənsub xəbər mənbələrinin verdiyi xəbərə görə, ölkənin bir neçə əyalətində İŞİD terrorist qruplaşmasının terror planlarının qarşısı alınıb.

İraqın təhlükəsizlik qüvvələrinə mənsub mənbə vurğulayıb: İŞİD terrorist ünsürlərinin müxtəlif əyalətlərdə gizlənmiş qalıqları İraqın Kərkük, Süleymanbəy, Tuz, Daquq, Hüveycə və Səlahuddin əyalətinin digər şəhərlərində geniş hazırlanmış terror planı həyata keçirmək istəyirmişlər ki, qarşıları alınıb.

İŞİD ünsürləri Səlahuddin əyaləti ilə Daquq, Tuz və Kərkük şəhərlərini birləşdirən yolları ələ almaq üçün hücuma hazırlaşırmışlar.

Bundan əlavə İŞİD terroristləri Diyalə əyalətinin “Humrəyn” dağ silsiləsində dağılmış terroristləri toplamaq və onların vasitəsi ilə regiondakı evlərdən ailələri və uşaqlarını oğurlamaq məqsədələri də var imiş.

Bu xəbər mənbəsi əlavə edir: İŞİD öz dağınıq ünsürlərini yenidən quraraq Mosulda güclənmək istəyir. Onlar ilk növbədə vətəndaşlar arasında qorxu yaratmaq, onların dövlət təhlükəsizlik qüvvələri ilə əlaqələrini kəsmək və sonda onları həmkarlığa vadar etməyi düşünürmüşlər.

Mənbə vurğulayır: İŞİD ünsürləri Səlahuddin əyalətinin Bici rayonunda, Mosul- Bağdad istiqamətində yollara və həmçinin Mosulun “ət-Təhrir” təhlükəsizlik qüvvələrinə hücum planlaşdırmışdılar ki, onun da qarşısı alındı.   

http://iqna.ir/fa/news/3688043  

 

Teqlər: iqna ، İŞİd ، İraq ، terror
captcha