Minarəsi 40 metr olan ibadət evi ümumilikdə 13 min kv.m ərazidə inşa edilib. Kompleksdə məsciddən başqa İslam Mədəniyyət Mərkəzi də tikilir.
"Beynəlxalq Quran Xəbər Agentliyi"nin verdiyi xəbərə görə, Sloveniyanın paytaxtı Lyublyanadakı minarəsi olan yeganə məscidin inşası davam etdirilir.
Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, təməli 2013-cü ildə atılan məscidin fasad işləri yekunlaşıb. Hazırda məscidin daxilində işlər davam etdirilir.