IQNA

İslam dünyası müqəddəs məkanlarının nümayəndələrinin Nəcəfdə altıncı seminarı

10:17 - February 21, 2018
Xəbər sayı: 3482815
İraqın Nəcəf şəhərində İslam dünyasının müqəddəs məkanlarının idarə heyətləri nümayəndələrinin altıncı seminarı İmam Əli (ə) ziyarətgahının təşəbbüsü ilə keçiriləcəkdir.

İslam dünyası müqəddəs məkanlarının nümayəndələrinin Nəcəfdə altıncı seminarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində İslam dünyasının müqəddəs məkanlarının idarə heyətləri nümayəndələrinin altıncı seminarı İmam Əli (ə) ziyarətgahının təşəbbüsü ilə keçiriləcəkdir.

İslam dünyasının müqəddəs məkanlarının idarə heyətləri nümayəndələrinin altıncı seminarı İraq şiələrinin Vəqflər idarəsinin rəisi, Suriya, İran və İraqın müqəddəs ziyarətgahlarının nümayəndələri, İranın Həcc və ziyarət təşkilatının heyətinin iştirakı ilə İmam Əlinin (ə) ziyarətgahının “Heydəri səhni”ndə Əmirul-Möminin (ə) qonaq evində keçiriləcəkdir.

Faiq Şiməri (İmam Əlinin (ə) ziyarətgahının informasiya bürosunun rəisi) bu məsələyə işarə edərək dedi: Bu seminar cari həftənin Cüməaxşamı günü, 22 Fevral 2018-ci il, keçiriləcəkdir. İslam dünyasının müqəddəs məkanlarının idarə heyətləri nümayəndələri ixtisaslaşdırılmış komitələr şəklində bu il İraqın Kazimeyn şəhərində keçiriləcək konfrans üçün görüləcək işlər və lazım olan hazırlıqlar barədə danışacaqlar.

İmam Əlinin (ə) ziyarətgahının informasiya bürosunun rəisi bu seminarın əhəmiyyətinə işarə edərək dedi: Bu gün müqəddəs məkanlar bəşəriyyət üçün mədəniyyət qərargahı və inanc və əqidələrin saflaşdırılması üçün əsas mərkəzlərdirlər ki, qrup şəkilində Əhli-Beyt (ə) məktəbi əsasında cəmiyyətdəki əxlaqi, mənəvi və mədəni boşluqları aradan götürmək üçün çalışırlar.  

İslam dünyasının müqəddəs məkanlarının idarə heyətləri rəislərinin və nümayəndələrinin konfransı cari ildə İraqın Kazimeyn şəhərində keçiriləcəkdir. Bu konfrnasın keçirilməsi üçün dəqiq vaxt hələ təyin və elan edilməmişdir.  

http://iqna.ir/fa/news/3693410

 

captcha