IQNA

İŞİD-in Səlahuddin əyalətində terror əməliyyatının qarşısı alındı

23:42 - March 07, 2018
Xəbər sayı: 3482871
İraqın xalq könüllüləri ordusun nəzdində fəaliyyət göstərən “Səraya əs-Səlam” batalyonunun silahlı qüvvələri Səlahuddin əyalətinin İshaqi rayonunda İŞİD-in terror əməliyyatının qarşısını aldılar.

İŞİD-in Səlahuddin əyalətində terror əməliyyatının qarşısı alındıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “sumariyya nyuz” informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın xalq könüllüləri ordusun nəzdində fəaliyyət göstərən “Səraya əs-Səlam” batalyonunun silahlı qüvvələri Səlahuddin əyalətinin İshaqi rayonunda İŞİD-in intiharçı terror əməliyyatının qarşısını alaraq intiharçı kamikadzeləri məvh ediblər.

Xəbərdə deyilir ki, İraqın xalq könüllüləri ordusun nəzdində fəaliyyət göstərən “Səraya əs-Səlam” batalyonunun silahlı qüvvələri terroristlərin terror əməliyyatı barədə məlumatı əldə edən kimi onları İshaqi rayonunun səhra keçid məntəqəsində pusquya salaraq məhv ediblər.

İntiharçı terroristlər 3 nəfər olublar. Onlar döyüşçülər ilə üzləşdikdə özlərini partladaraq məhv ediblər. Bu hadisə zamanı xalq silahlı qüvvələrindən zərər çəkən olmayıb.

İraqın xalq könüllüləri ordusun nəzdində fəaliyyət göstərən “Səraya əs-Səlam” batalyonunu həftənin birinci günü də İshaqi rayonunun yüksək təzyiqli elektrik dirəklərini partlatmaq istəyən terrorçuları zərərsizləşdiriblər.

http://iqna.ir/fa/news/3697934

Teqlər: iqna ، İraq ، səlahuddin ، terror
captcha