IQNA

Müsəlman şagirdlər İngiltərədəki islamofobiyanın əsas qurbanları

9:55 - March 27, 2018
Xəbər sayı: 3482954
Son araşdırmaların statistik nəticələri göstərir ki, İngiltərədə yaşayan hər üç müsəlman şagird və tələbədən bir nəfəri dini və irqi ayrı-seçkilik zəminində hücuma məruz qalır.

Müsəlman şagirdlər İngiltərədəki islamofobiyanın əsas qurbanlarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son araşdırmaların statistik nəticələri göstərir ki, İngiltərədə yaşayan hər üç müsəlman şagird və tələbədən bir nəfəri dini və irqi ayrı-seçkilik zəminində hücuma məruz qalır.

İngiltərənin Milli Elm Birliyi son günlərdə apardığı araşdırmaların nəticələrini elan edib.

Araşdırmalar zamanı bu ölkədə islamofobiya, dini və irqi ayrı-seçkilik müxtəlif cəhətlərdən yoxlanılıb.

Belə ki, 578 şagird və tələbə arasında aparılan sorğulardan məlum olub ki, onların hər 3 nəfərindən bir nəfəri dini və irqi ayrı-seçkilik zəminində hücuma məruz qalıb.

Həmçinin şagird və tələbələrin çoxu elan ediblər ki, onlara edilən hücumların çoxu islamofobiya zəminində və müsəlmanlara qarşı mənfi önyarqılar əsasında baş vermişdir ki, bunun da əsas səbəbkarı qərb medialarıdır.  

http://iqna.ir/fa/news/3702045

captcha