İraqın Nəcəf şəhərində yerləşən İmam Əlinin (ə) hərəmi rəcəb ayının 13-ü O həzrətin mövludu münasibətilə bəzədilib.
Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Maide.Az saytına istinadən xəbər verir ki, İmam Əlinin (ə) hərəmi bu ilin mart ayının 31-nə təsadüf edən mövlud tədbiri üçün geniş hazırlıqlara başlayıb.
Belə ki, daxili hissələri və dəhlizləri yüzlərlə qızılgül çələngləri ilә bəzədilib və müxtəlif rəngli, eləcə də İmam Əlinin (ə) adı yazılmış ağ bayraqlar asılıb.



