IQNA

ƏB Qəzzədəki son hadisələr barədə iclas keçirəcək

0:36 - April 03, 2018
Xəbər sayı: 3482977
ƏB bu gün, 3 Aprel 2018-ci il, keçən həftənin Cümə günü (1 Aprel 2018-ci il), Fələstinin bir çox rayonlarında, o cümlədən Qəzzədə baş verən cinayətlərlə bağlı fövqəladə iclas keçirəcək.

Bu gün ƏB Qəzzədəki son hadisələr barədə iclas keçirəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ərəb Birliyi (ƏB) bu gün, həftənin ikinci günü, 3 Aprel 2018-ci il, keçən həftənin Cümə günü (1 Aprel 2018-ci il), Fələstinin bir çox rayonlarında, o cümlədən Qəzzədə baş verən cinayətlərlə bağlı fövqəladə iclas keçirəcək. 

Ərəb Birliyinin daimi üzvlərinin iştirakı ilə keçiriləcək bu iclasda keçən həftənin Cümə günü “yer günü” yürüşündə iştirak edən fələstinlilərin sionist və terrorist yəhudilər tərəfindən qətliam edilməsi məsələsi müzakirə ediləcəkdir.

Səid Əbu Əli (Ərəb Birliyinin baş katibinin müavini) elan edib ki, vəhşi İsrailin son cinayəti barədə təşkil edilən bu iclas Fələstinin tələbi, Misr, İordaniya və Küveytin razılığı ilə sionistlərin əlibağlı nökəri olan Səudiyyə Ərəbistanın rəhbərliyi altında Qahirədə keçiriləcəkdir.

Ərəb Birliyinin baş katibinin müavini beynəlxalq cəmiyyətdən və beynəlxalq qrumlardan istəyib ki, İsrailin cinayətləri qarşısında təcili addım atsınlar və Fələstin xalqının hüquqlarının qorunması üçün komitə təşkil etsinlər. 

http://iqna.ir/fa/news/3702640

captcha