IQNA

Bolqarıstanda radikalizmlə mübarizə üçün qanun qəbul edildi

23:48 - May 06, 2018
Xəbər sayı: 3483129
Bolqarıstan dövləti dini zəmində radikalizm və terrorizmin qarşısını almaq üçün yeni qanun qəbul edib. Bu barədə İran İslam Respublikasının Bolqarıstandakı Mədəniyyət İşləri İdarəsi xəbər verib.

Bolqarıstanda radikalizmlə mübarizə üçün qanun qəbul edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bolqarıstan dövləti dini zəmində radikalizm və terrorizmin qarşısını almaq üçün yeni qanun qəbul edib.

Bu barədə İran İslam Respublikasının Bolqarıstandakı Mədəniyyət İşləri İdarəsi xəbər verib. Bu xəbərə görə, Bolqarıstanın prezidenti, milli məclisi və ali məhkəməsi bir araya gələrək dini radikalizmi aradan aparmaq və ənənəvi dindarlığı xarici qüvvələrin nüfuzundan qorumaq üçün iclas keçiriblər.

Bolqarıstanın milli təhlükəsizlik şurasının müşavirəsi ilə beş saat çəkən bu görüşdə ölkənin təhülkəsizliyini təhdid edən məsələlər müzakirə edilib. Yeni qəbul edilmiş islahatlar cari ilin Sentyabr ayınadək icra ediləcəkdir.

Bolqarıstan təhsil nazirliyinin keçən ilin May ayında dini kitabların kontrolu üçün qərara aldığı islahat qanunları indiyədək icra edilmədiyi üçün dövlət qərara alıb ki, bu layihənin icrası üçün dini orqanlara büdcə verilsin.   

http://iqna.ir/fa/news/3711681

captcha