İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın tanınmış Quran qarisi Məhmud bin Şakir bin Məhəmməd əl-Kərxi dünən, həftənin bazar günü, 6 May 2018-ci il, vəfat etdi.
Məhmud əl-Kərxi ölkəsində sayılıb-seçilən və məşhur qiraət ustadlarından biri idi. O, İraqın Quran qariləri birliyinin vitse-prezidenti və Diyalə əyalətinin Qarilər Birliyinin rəisi vəzifəsində çalışmışdı.
Kərxi 1965-ci ilin May ayının 29-da İraqın Diyalə əyalətinin Bəqubə şəhərində anadan olmuşdu. Cavan yaşlarından Quranın peşəkar qiraəti ilə məşğul olmuş və əllidən çox böyük Quran ustadından qiraət icazəsi almışdı.
Kərxi Quran sahəsində çoxlu şagirdlər yetişdirmişdir. Bununla yanaşı o həm də Quranın qiraəti, təcvidi, məsumların sirəsi və Bəqubə şəhərinin tarixi barədə əsərlərin müəllifidir.
Qeyd edək ki, Məhmud əl-Kərxi cari ildə İran İslam Respubikasında keçirilən 35-ci beynəlxalq Qurani-Kərim yarışlarında hakimlər heyətində iştirak edirdi.