IQNA

BƏƏ-də müsəlman azlıqların beynəlxalq konfransı keçirilir

15:29 - May 09, 2018
Xəbər sayı: 3483141
BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) müsəlman azlıqların beynəlxalq konfransı dünyanın 130 ölkəsindən olan 400 alimin iştirakı ilə keçirilir.

BƏƏ-də müsəlman azlıqların beynəlxalq konfransı keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) müsəlman azlıqların beynəlxalq konfransı dünyanın 130 ölkəsindən olan 400 alimin iştirakı ilə keçirilir.

Dünyanın dini şəxsiyyətlərinin iştirakı ilə keçirilən bu konfrans dünən, həftənin ikinci günü, 8 May 2018-ci il, BƏƏ-nin Əbu-Zəbi şəhərində başlayıb və bu gün öz işini yekunlaşdıracaqdır.

Konfransın hədəfi dinlər və mədəniyyətlər arasında sülh, tolerantlıq və qarşılıqlı ehtiramın genişləndirilməsi, müsəlman azlıqların təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq qanunlar əsasında onların mədəni və dini hüquqlarının müdafiəsi, fikri və ideoloji təhlükəsizliyin İslami müəssisələrinin işinin yaxşılaşdırılması vasitəsi ilə təmin edilməsi, müsəlmanları ictimai işlərdə aktivliyə həvəsləndirmək, dini azlıqların bir-birində sosial inteqrasiyası, müsəlmanların yaşadıqları cəmiyyətin ictimai, siyasi, iqtisadi və mədəni sahələrdəki inkişafındakı rolu  və dini radikalizmlə mübarizə yollarının araşdırılmasıdır.  

Bu iki günlük konfransda on üç iclas çərçivəsində müsəlman azlıqlarla bağlı yazılmış altımış elmi araşdırma barədə fikir mübadiləsi aparılıb.  

http://iqna.ir/fa/news/3712745

 

captcha