IQNA

"Yasin vəl-Quranil-Həkim" Quran kursları sona çatdı

8:28 - May 12, 2018
Xəbər sayı: 3483152
Hollandiyanın Lahə şəhərinin Kövsər mədəniyyət müəssisəsinin təşəbbüsü ilə keçirilən Yasin surəsinin hifzi və təsfiri kursları beş ay davam etdikdən sonra, öz işini başa çatdırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qaf informasiya portalına istinadla verdiyi xəbərə görə, Hollandiyanın Lahe şəhərində keçirilən "Yasin vəl-Quranil-Həkim" Quran təlimi kursları öz işini başa vurub.

Hollandiyanın Lahə şəhərinin Kövsər mədəniyyət müəssisəsinin təşəbbüsü ilə keçirilən Yasin surəsinin hifzi və təsfiri kursları beş ay davam etdikdən sonra, öz işini cari həftənin Cümə günü başa çatdırıb.

"Yasin vəl-Quranil-Kərim" ünvanı ilə keçirilən bu Quran təlimi kursunda böyüklər Yasin surəsinin əzbərləyib və təfsirini öyrəniblər. Azyaşlılar isə Nəbə və Naziat surələrini hifz ediblər.

Müsəlmanların Qurani-Kərimin təfsiri və maarifi ilə yaxından tanış olması hədəfi ilə keçirilən bu kurslar beş ay ərzində hər həftənin Cümə günləri təşkil edilirdi.

Yasin surəsinin təfsiri Seyid Əli Səəbəri (Kövsər mədəniyyət müəssisəsinin imam və xətibi) və Holland dilində isə Vail Xətib tərəfindən tədris edilirdi. Eyni halda bu təfsir dərsləri sosial şəbəkələr vasitəsi ilə yayımlanırdı.

Kövsər mədəniyyət müəssisəsinin elan etdiyinə görə, bu kurslarda işitrak edənlərə mübarək Ramazan ayında nəfis hədiyyələr veriləcəkdir.  

http://iqna.ir/fa/news/3713250

Teqlər: iqna ، quran ، yasin ، naziaat ، hollandiya
captcha