IQNA

İslam dünyası ölkələrinin dini işlər və vəqflər nazirlərinin konfransı başladı

0:18 - May 14, 2018
Xəbər sayı: 3483164
İslam dünyası ölkələrinin İslami işlər və vəfqlər konfransı müsəlman ölkələrinin vəqflər nazirlərinin iştirakı ilə həftənin bazar günü, 13 May 2018-ci il, müqəddəs Məkkə şəhərində öz işinə başlayıb.

İslam dünyası ölkələrinin dini işlər və vəqflər nazirlərinin konfransı başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin bazar günü, 13 May 2018-cil, "11-ci dini işlər və vəqflər konfransı" İslam dünyası ölkələrinin İslami işlər və vəfqlər nazirlərinin iştirakı ilə müqəddəs Məkkə şəhərində öz işinə başladı.

İslam dünyası ölkələrinin İslami işlər və vəfqlər nazirlərinin iştirakı ilə keçirilən "11-ci dini işlər və vəqflər konfransı"nın açılış mərasimində bu konfransın icra şurasının rəisi Şeyx Saleh ibn Əbdüləziz çıxışında İslamın düzgün qavranılmasını, İslami hidayətin yayılmasını və İslam dini və Peyğəmbərimizi tanıtdırmağı İslami işlər və vəfqlər nazirlərinin birbaşa vəzifə və məsuliyyəti hesab edərək vurğuladı: İslam dini və müsəlmanlar hazırda çox ciddi problemlər ilə üz-üzədirlər. Çünki müsəlman ölkələrini terrorizmi dəstəkləmək və yaymaqda ittiham edirlər. Əslində isə bu ittihamı irəli sürənlər İslam dinini anlamayıblar və İslam peyğəmbərinin (s) mesajının həqiqətini dərk etməyiblər.  

Mərasimin davamında çıxış edən Məhəmməd Muxtar Cümə (Misrin dini işlər və vəqflər naziri) dedi: Bizim region hazırda çox ağır günləri arxada qoymaqdadır. Radikal terrorist qruplaşmalarının İslam adına rəftar və hərəkətləri bizim tərəfimizdən dəstəklənmir, biz radikalların əməllərini qınayır və elan edirik ki, biz bu cür rəftarlardan bizarıq.

İordaniyanın vəqflər və dini işlər naziri Əbdünnasir Musa dedi: İslami ölkələrin vəqflər nazirləri məscidlərə ciddi nəzarət etməlidirlər. Və məscid imamlarının və xətiblərin yetişdirilməsini ön planda qərar verməli və bu məsələyə xüsusi diqqət ayırmalıdırlar.  

Mərasimdə çıxış edən Sərdar Məhəmməd Yusif (Pakistanın dini işlər naziri) dedi: Radikalizm və terrorizmlə mübarizə İslami ölkələrin ictimai və siyasi fəaliyyətlərinin başında durmalıdır. Pakistan da o ölkələrdəndir ki, hazırda bu baxımdan çox ciddi problemlə üz-üzədir.  

Qeyd edək ki, İslam dünyası ölkələrinin İslami işlər və vəfqlər konfransı müsəlman ölkələrinin dini işləri və vəqflər nazirlərinin iştirakı ilə keçən həftənin bazar günü, 13 May 2018-ci il, İslami ölkələrin vəqflər və dini işlər nazirlərinin iştirakı ilə müqəddəs Məkkə şəhərində öz işinə başlayıb.  

http://iqna.ir/fa/news/3714117

 

captcha