İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsinin Vəfq müəssisəsi qərara alıb ki, bu ilin mübarək Ramazan ayı ərzində Qazaxıstanın müxtəlif şəhərində iftar mərasimi zamanı Qazax dilinə tərcümə edilmiş 10 nüsxə Qurani-Kərim paylanılacaq.
Qazaxıstanda paylanılacaq Qazax dilinə tərcümə edilmiş Qurani-Kərim nüsxələrinin ilk hissəsi keçən həftənin bazar günü, 27 May 2018-ci il, Türkiyənin Qazaxıstanın paytaxtı Astanadakı dini işlər idarəsində verilən iftar mərasimində vətəndaşlara paylanılıb.
Türkiyənin Qazaxıstandakı səfirliyinin dini işlər şöbəsinin məsulu Ğalib Əkin Astanda şəhərində keçirilən bu iftar mərasimində çıxış edərək deyib: Qazaxıstanın müxtəlif şəhərlərində 3500 nəfərin iştirakı ilə keçiriləcək iftar mərasimlərində 10 nüsxə Qurani-Kərim hədiyyə ediləcək.
O əlavə edib: Türkiyə cümhuriyyətinin dini işlər idarəsi Qazaxıstanda mübarək Ramazan ayında TƏRAVİH namazlarına imamlıq etmək üçün bu ölkəyə 40 nəfər camaat imamı göndərib. Bundan əlavə cari ilin Avqust ayında Qazaxıstandan 40 nəfər din alimi Türkiyənin təşkil etdiyi dini savadın təkmilləşdirilməsi kurslarında iştirak edəcəklər.
Qeyd edək ki, Türkiyənin dini işlər və vəfq idarəsi 1975-ci ildə təsis edilmişdir və ölkə daxilində 1000-dən çox şöbəsi vardır və dünyanın 135 ölkəsində fəaliyyət göstərir.