IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mübarək Ramazan ayının birinci Qədr gecəsi (18-dən 19-na keçən gecə) İraqın Nəcəf şəhərində yerləşən İmam Əlinin (ə) müqəddəs ziyarətgahının "Heydər səhni"ndə şiələrin izdihamlı iştirakı ilə Əhya gecəsi keçirildi.
İsmət və itrət məktəbinin aşiqləri mübarək Ramazan ayının birinci Qədr gecəsi və İmam Əlinin (ə) məsciddə zərbətləndiyi gecə İraqın hər tərəfindən Nəcəf şəhərinə gəlmişdilər. Şiələr İmam Əlinin (ə) hərəmində və Kufə məscidində ibadətə məşğul oldular və imamları üçün əzadarlıq etdilər.
http://iqna.ir/fa/news/3720373