İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əqsa məscidində Quran oxuyan 12 fələstinli Qurani-Kərimin tilavəti ilə məşğul olduqları zaman sionist yəhudilərin hərbiçiləri tərəfindən həbs edildilər.
Bu barədə Qüdsün vəfqlər idarəsinin məsulu Fəras Əddəbs məlumat verərək bildirib ki, sionist hərbiçiləri həbs etdikləri fələstinliləri naməlum məkana aparıblar.
O əlavə edib: Bundan əlavə qəsəbədə yaşayan radikal sionist yəhudilərdən əlli üç nəfəri hərbiçilərin müşayəti ilə Əqsa məscidinə hücum ediblər.
Qeyd edək ki, işğalçı sionist rejimi İsrailin hərbiçi quldurları hər gün müxtəlif bəhanələr ilə Qüdsdə və Qəzza zolağında yaşayan fələstinliləri həbs edirlər.