İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin "Katara mükafatı beynəlxalq televiziya Quran tilavəti yarışları"nın ikinci turunun final mərhələsinə yeddi nəfər iştirakçı vəsiqə qazanıb. Onlar bir, iki, üç, dörd və beşinci yerlər uğurunda rəqabət edəcəklər. Yarışların nəticələri mübarək Ramazan ayının 26-da elan ediləcəkdir.
Yarımfinal yarışlarda iştirak edən 30 nəfərin arasından final mərhələsinə vəsiqə qazanan iştirakçılar Misr, Mərakeş (iki nəfər), Gine, Əlcəzayir, Liviya və Suriyadandırlar.
Qətərin "Katara mükafatı beynəlxalq televiziya Quran tilavəti yarışları"nın ikinci turu "səsinizi Quranla zinətləndirin" devizi və "Katara Mədəniyyət Müəssisəsi"nin təşəbbüsü ilə keçirilir.
Qeyd edək ki, yarışların birinci mərhələsində dünyanın 55 ölkəsindən 1429 nəfər iştirak edirdilər. Onların 1273 nəfəri 18 Ərəb ölkəsindən və 156 nəfəri digər 37 ölkədən idi. Onların arasından 100 nəfər yarışların birinci mərhələsinə vəsiqə qazana bildilər. Birinci mərhələnin qalibi olan 30 nəfər yarımfinalda yarışdılar və onlardan da 7 nəfəri final mərhələsinə vəsiqə qazandı.
Bu yarışlar hazırda Duhanın "Katara" mədəniyyət müəssisəsinin "Opera" zalından birbaşa yayım ilə efirə verilir.