IQNA

Misr dünyanın müxtəlif ölkələrinə 3617 mübəlliğ göndərdi

15:02 - June 10, 2018
Xəbər sayı: 3483301
Misrin "dini işlər və vəqflər nazirliyi" İslam dinini təbliğ etmək üçün dünyanın müxtəlif ölkələrinə 3617 nəfər din təbliğatçısı ezam edib.

Misr dünyanın müxtəlif ölkələrinə 3617 mübəlliğ göndərdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin "dini işlər və vəqflər nazirliyi" İslam dinini təbliğ etmək üçün dünyanın müxtəlif ölkələrinə 3617 nəfər din təbliğatçısı ezam edib.

Bu barədə Misrin Vəqflər nazirliyinin dini işlər idarəsinin rəhbəri Şeyx Cabir Taye xəbər verib. O deyib ki, din təbliği üçün ezam edilən mübəlliğlər Quran qariləri, məscid imamları, xətiblər və camaat namazı imamlarıdırlar.

Misrin Vəqflər nazirliyinin dini işlər idarəsinin rəhbəri Şeyx Cabir Taye deyib: Dini təbliğə göndərilən mübəlliğlərdən 56 nəfəri Misrin Vəqflər Nazirinin maddi dəstəyi ilə 3 il müddətində camaat imamı kimi fəaliyyət göstərmək üçün ezam ediliblər. Digər 77 nəfər isə məqsəd ölkənin istəyinə əsasən müvəqqəti camaat imamı kimi göndəriliblər.

Taye əlavə edib: Mübarək Ramazan ayında 93 nəfər din təbliğçisi və Quran qarisi dini fəaliyyətlər üçün müxtəlif ölkələrə ezam olunublar.

O vurğulayıb: Misrin Vəqflər nazirliyinin müxtəlif ölkələrə camaat imamı, xətib, dini elmlər tədrisçisi, ərəb dili müəllimi və Quran qarisi adı ilə göndərdiyi mübəlliğlərin sayı 3617 nəfərə çatıb.

http://iqna.ir/fa/news/3721417

captcha