
Almaniyanın paytaxtında yerləşən “Bergama” muzeyi, İslam incəsənətinə aid olan abidələrə online baxıç imkanını yaradıb. 11 mindən çox eksponata internet üzərindən baxmaq mümkün olacaq.
İnternet istifadəçiləri zərgərlik, köhnə pul, Türkiyə, İordaniya, Suriya, Pakistan, İraq, İran kimi ölkələrdən olan İslam incəsənət əsərləri ilə tanış ola biləcəklər.
Qeyd edək ki, 1904-cü ildə Wilhelm Von Bode tərəfindən qurulan Berlin muzeyindəki İslam kolleksiyası dünyanın ən zəngin irsi hesab olunur.
Mənbə: Maide.az