IQNA

Əfqanıstanda altı İŞİD üzvü məhv edildi

17:35 - July 03, 2018
Xəbər sayı: 3483416
Əfqanıstanın təhlükəsizlik qüvvələrinin Cuzcan əyalətində keçirdiyi əməliyyat nəticəsində İŞİD terrorist qruplaşmasının altı üzvü məhv edildi.

Əfqanıstanda altı İŞİD üzvü məhv edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin Cuzcan əyalətində keçirdiyi əməliyyat nəticəsində İŞİD terrorist qruplaşmasının altı üzvü məhv edildi.

Bu barədə Əfqanıstanın şimalında yerləşən Cuzcan əyalətinin təhlükəsizlik qərargahının rəisi Fəqir Məhəmməd Cuzcani məlumat verib.

Əfqanıstanın şimalında yerləşən Cuzcan əyalətinin təhlükəsizlik qərargahının rəisi Fəqir Məhəmməd Cuzcani bildirib ki, bu əyalətinin kəndləri İŞİD terror qruplamşasının ünsürlərinin təmizlənir. O vurğulayıb ki, təmizləmə əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinin İŞİD terrorçuları tərəfindən mühasirəyə düşərək əsir götürülmüş bir neçə nəfər əsgəri də azad edilib.

Cuzcan (Cəvzcan) Əfqanıstanın şimalında yerləşən əyalətlərdən biridir. Bu əyalətin mərkəzi Şəbərğan şəhəridir. Cuzcan əyaləti Türkmənistan respublikası ilə sərhəddə yerləşir. Bu ad (Cəvzcan) kemişdə Cuzcan, Sərpol və Faryab adlan əyalətlərin hamısına aid edilirdi.

http://iqna.ir/fa/news/3727378     

captcha