IQNA

Məcid Məcidi "Məhəmməd Rəsulullah (s)"ı Azərbaycana satdı

23:41 - July 04, 2018
Xəbər sayı: 3483421
Dünya şöhrətli kino rejissoru Məcid Məcidi Azərbaycan respublikasının tele-radio şirkəti ilə "Məhəmməd Rəsulullah (s)" filminin bu ölkəyə satılması, dublaj edilməsi və yayılması barədə razılaşıb.

Məcid Məcidi İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının dünya şöhrətli kino rejissoru Məcid Məcidi Azərbaycan respublikasının tele-radio şirkəti ilə "Məhəmməd Rəsulullah (s)" filminin bu ölkəyə satılması, dublaj edilməsi və yayılması barədə razılaşıb.

Bu barədə İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalı xəbər yayaraq bildirib ki, Məcid Məcidinin "Məhəmməd Rəsulullah (s)" filmi İran İslam Respublikası mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın paytaxtı Bakı şəhərində ekran edilib.

Azərbaycanlılar tərəfindən maraqla qarşılanan filimin satılması, dublajı və ekranı barədə "Cinema Plus" şəbəkəsinin müdiri Cəfər Axundazadə ilə razılaşma əldə edilib.  

Məcid Məcid bu kino şirkətinin rəhbəri ilə görüşündə deyib: İran filmləri İslami əxlaq və milli dəyərlər üzərində köklənib. Azərbaycan respublikası İranla qonşu, dost, qardaş, müsəlman qonşu və müştərək mədəniyyətə və dəyərlərə malik olduğu üçün digərlərindən daha çox İran filmlərindən öz televiziyasında istifadə etməlidir.

http://iqna.ir/fa/news/3727783  

captcha