IQNA

İranda 2 min illik tarixi olan məsciddə yanğın – FOTO

8:55 - July 13, 2018
Xəbər sayı: 3483458
Mazandaran əyalətində ən qədim məscidlərdən olan bu məsciddə yanğına elektrik xəttində baş vermiş qısa qapanma səbəb olub.

İranda 2 min illik tarixi olan məsciddə yanğın – FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gecə İran İslam Respublikasının Mazandaran əyalətinin Sari şəhərində 2 min ildən artıq tarixi olan qədim Came məscidində yanğın baş verib. 

Mazandaran əyalətində ən qədim məscidlərdən olan bu  məsciddə  yanğına elektrik xəttində baş vermiş qısa qapanma səbəb olub. Yanğında məscidin damı, eyvanları və ətraf mağazalar ciddi ziyan görüb. Yanğın zamanı 18 nəfər xəsarət alıb. 

Qeyd edək ki, iki min ildən artıq tarixi olan və İslam dövründə məscid kimi istifadəyə verilən bu tarixi və qədim tikili həmdə İran İslam Respublikasının milli tarixi əsəri kimi qeydiyyata alınmışdı.

 
 
 
 
 
 
 
 
 
Teqlər: iqna ، mazandaran ، sari ، tarixi məscid
captcha