IQNA

23:57 - July 22, 2018
Xəbər sayı: 3483513
Çinin 442 vətəndaşı BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şeyx Zayid adına İslami Mədəniyyət Mərkəzinin təlim kurslarında iştirak edərək Qurani-Kərim, Ərəb dili və İslam Mədəniyyəti öyrənirlər.

Çinlilər BƏƏ-də Quran öyrənirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin 442 vətəndaşı BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şeyx Zayid adına İslami Mədəniyyət Mərkəzinin təlim kurslarında iştirak edərək Qurani-Kərim, Ərəb dili və İslam Mədəniyyəti öyrənirlər.

Bu təlim kursları BƏƏ və Çin arasında imzalanan elmi və mədəni mübadilələrin tərkib hissəsidir və bir il yarım müddətində keçirilir. Kursların birinci hissəsi 2017-ci ilin yay aylarında keçirildi və ikinci hissəsi isə hazırda (2018) il başa çatmaq üzərədir.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şeyx Zayid adına İslami Mədəniyyət Mərkəzinin baş direktoru Xəlfan Abdullah Sünəydi iki ölkənin mədəni əlaqələrinin gücləndirilməsi üçün etdiyi təlaşlara işarə edərək deyib: İki ölkə arasında "həftə" keçirilməsi bu əlaqələrin güclənməsinə səbəb olacaqdır.

O əlavə edib: Bu təlim kurslarında dərslər Çin dilində tədris edilir. Müsəlmanlığı yeni qəbul etmiş şagirdlərə və çinli azlıqlara İslam mədəniyyəti, Qurani-Kərim, Ərəb dili və İslami elmlər öyrədilir.

Sünəydi "Şeyx Zayid adına İslami mədəniyyət mərkəzinin kitabxanasında Çin dilində 10 min adda kitab olduğuna işarə edərək deyib: Keçən il və bu ilin birinci yarısında kitabxanaya 1000 nüsxədən çox Çin dilində kitab əlavə edilib.      

http://iqna.ir/fa/news/3732109

Ad:
E-poçt:
* Comment:
* captcha: