IQNA

23:55 - July 30, 2018
Xəbər sayı: 3483567
İndoneziyanın müdafiə naziri Riyamizard Riyaçudu ASİAN-nı (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ruhingiyalı qaçqın müsəlmanları İŞİD-in tələsindən qorumağa çağırdı.

İndoneziya ruhingiyalıların İŞİD tələsinə düşməsindən narahatdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın müdafiə naziri Riyamizard Riyaçudu ASİAN-nı (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ruhingiyalı qaçqın müsəlmanları İŞİD-in tələsindən qorumağa çağırdı.

İndoneziyanın qərbində "Nusa-Tingara" əyalətinin İslam Mərkəzində çıxış edən müdafiə naziri Riyamizard Riyaçudu qaçqınlara göstərilən kömək və dəstəklərin təkcə "humatinat yardımlar"da xülasə olmadığını önə çəkərək dedi: Əgər Myanmadan qaçqın düşən ruhingiyalı müsəlmanlara lazım olan dəstək göstərilməsə, onların İŞİD terrorçularının qurbanlarına çevirilməsi imkanı vardır.

İndoneziya, Malaziya və Filippin dövlətləri arasında Asiyanın cənub-şərqində terrorizmlə mübarizə məqsədi ilə üçtərəfli görüş keçirildiyini vurğulayan müdafiə naziri əlavə etdi: İndoneziya dövləti terrorçuları bu ölkədən kənarda saxlamaq üçün əlindən gələn hər bir işi görür.    

http://iqna.ir/fa/news/3734653

Teqlər: asiya ، iqna ، indoneziya ، işid
Ad:
E-poçt:
* Comment:
* captcha: