IQNA

"Qayıdış Haqqı" yürüşünün 19-cu cüməsində 1 şəhid və 120 yaralı

15:02 - August 04, 2018
Xəbər sayı: 3483588
Fələstinin Səhiyyə Nazirliyi cümə günü axşam "Qayıdış Haqqı" yürüşünün 19-cu cüməsində Qəzzə zolağında 1 fələstinlinin şəhid olduğu, 120 nəfərin isə yaralandığını bildirib.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Sahartv-yə istinadla xəbər verur ki, Fələstinin Səhiyyə Nazirliyi yaralılar arasında çoxlu sayda uşaq və qadının olduğunu da qeyd edib. 

Fələstinlilərin 30 mart tarixindən başlayan və hələ də davam etməkdə olan "Qayıdış Haqqı" yürüşlərində indiyə kimi 155 fələstinli şəhid olub, 17 min nəfər isə yaralanıb. 

Dünya İsrail rejiminin cinayətlərini qınayır. 

Sionistlərin 30 mart 1976-cı ildə fələstinlilərin torpaqlarını işğal etməsinə etiraz olaraq fələstinlilər hər il "Torpaq Günü" adlandırdıqları 30 mart tarixində yürüşlər təşkil edərək, İsrailin işğalçılıq siyasətlərini qınayırlar. 

İsrail rejimi fələstinlilərin torpaqlarını müsadirə etmək və qanunsuz şəkildə yaşayış massivləri salmaqla bu əraziləri yəhudiləşdirmək və öz işğalçılıq siyasətinə qanuni don geyindirmək niyyətindədir. 

captcha