IQNA

İraqın mərkəzi və cənubi rayonları sabah aksiya keçirəcəklər

21:42 - August 04, 2018
Xəbər sayı: 3483593
İraqın mərkəzi və cənubi rayonlarında yaşayan əhali sabah, 05 Avqust 2018-ci il, aksiyalar həyata keçirəcəklər. Onların həfəfi əyalət hakimləri vəzifələrindən kənarlaşdırmaqdır.

İraqın mərkəzi və cənubi rayonları sabah aksiya keçirəcəklərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın mərkəzi və cənubi rayonlarında yaşayan əhali sabah, 05 Avqust 2018-ci il, aksiyalar həyata keçirəcəklər. Onların həfəfi əyalət hakimləri vəzifələrindən kənarlaşdırmaqdır.

Bu barədə məlumat yayan "xalq mitinqlərinin əlaqələndirilməsi komitəsi" bildirib ki, keçiriləcək mitinqlərin əsas hədəfi əyalət şuralarının ləğvi, ictimai xidmətlərin gücləndirilməsi və aksiyaçıların sosial tələblərinin təmin edilməsidir.

Bəyaniyyədə qeyd edilir ki, xalq mitinqləri iqtisadi cinayətkarların, korrupsionerlərin və digər cinayətlərin ali məhkəmə orqanlarına təhvil verincəyə və həmçinin xalqın istəklərinin təmin edilməsinə qədər davam edəcəkdir.

Qeyd edək ki, İraqın mərkəzi əyalətləri və cənub rayonları bir neçə həftədir ki, suyun kəsilməsi, işsizlik və sosial xidmətlərin zəifliyinə qarşı etiraz aksiyaları keçirirlər.  

http://iqna.ir/fa/news/3735740

Teqlər: İraq ، mitinq ، aksiya
captcha