İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin şənbə günü, 04 Avqust 2018-ci il, işğalçı sionist rejiminin hərbi təyyarələri Qəzzanın şimalında dinc əhaliyə hava hücumu ediblər.
Sionist rejiminin bombardmançı təyyarələri Qəzzanın şiamlında dinc əhalini bombalayıblar və çox sayda fələstinli cavan bu hücumda şəhid edilib.
İşğalçı və terrorist sionist rejiminin silahlı qüvvələri qərargahının sözçüsü bu barədə bəyaniyyə yayaraq deyib: İsrail qırıcıları alovlanmış şar balonları Qəzzə divarları yaxınlığındakı yəhudi şəhərciyinə tərəf uçuran fələstinli cavanları hədəfə alıb.
Qeyd edək ki, bu saata qədər bu hücumun maddi zərərləri və insan itkisi barədə dəqiq məlumat yayılmayıb.