IQNA

Quran çapı ilə məşğul olanlar yenidən lisenziya almalı olacaqlar

7:39 - August 05, 2018
Xəbər sayı: 3483597
Əlcəzayirdə imla səhvləri olan Quran nüsxəsinin çap edilməsi və ardınca da bazarda yayılmasından sonra bu ölkənin Vəqflər Nazirliyi yenidən "Quran nüsxələrinin çapına nəzarət komitəsi"ni təsis edib.

Quran çapı ilə məşğul olanlar yenidən lisenziya almalı olacaqlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirdə imla səhvləri olan Qurani-Kərim nüsxəsinin çap və nəşr edilməsi və ardınca da bazarda yayılmasından sonra bu ölkənin Vəqflər Nazirliyi yenidən "Quran nüsxələrinin çapına nəzarət komitəsi"ni təsis edib.

Əlcəzayirin dini işlər və vəfqlər naziri yenidən təsis edilmiş bu komitəyə çapa və nəşrə hazırlanan Qurani-Kərim nüsxələrinin araşdırılması və yoxlanılması tapşırığını verib.

Həmçinin Vəqflər Nazirliyi Quran çapı ilə məşğul olan nəşriyyatlardan yenidən bu barədə lisenziya almaları üçün müracitə etmələrini isəyib və bildirib ki, indiyədək verilən bütün lisenziyalar etibarsızdır.

Əlcəzayirin Vəqflər nazirliyinin bəyaniyyəsində yazılmışdır ki, "Müshəful-Haziqis-Səğir" adlanan Qurani-Kərim nüsxəsi "İbnul-Həfsi" nəşriyyatı tərəfindən çap və nəşr edilmişdir. Həmin nüsxədə onlarla imla səhvi vardır. Buna görə də bu Quran nüsxəsinin çapı lisenziyası Əlcəzayir Vəqflər Nazirliyinin əmrinə əsasən dayandırılır və aidiyyatı üzrə bütün orqanlardan, məscid imamları, mədrəsələr və dini mərkəzlərdən tələb edilir ki, bu nüsxənin yayılmasının qarşısını almaq üçün lazım olan tədbirləri görsünlər.  

http://iqna.ir/fa/news/3735584

captcha