IQNA

Tayland müsəlmanları partiya yaratdılar

7:17 - September 05, 2018
Xəbər sayı: 3483792
Taylandda yaşayan müsəlmanlar rəsmi mərasim keçirərək təsis etdikləri yeni siyasi partiyanı elan ediblər. “Praçaçat” (Prachacahat) adlanan bu partiyanın təqdimatı mərasimində 500 üzv iştirak edib.

Tayland müsəlmanları partiya yaratdılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Taylandda yaşayan müsəlmanlar rəsmi mərasim keçirərək təsis etdikləri yeni siyasi partiyanı elan ediblər.

Taylanda müsəlmanlar ziyalılar, elit təbəqə və siyasi nüfuzlularının  kolasiyasını yaradaraq yeni partiya təsis ediblər. “Praçaçat” (Prachacahat) adlanan bu partiyanın təqdimatı mərasimində 500 üzv iştirak edib. Mərasimdə Van Muhammad Noor Matha partiyanın rəhbəri vəzifəsinə seçilib.

Partiyanın baş qərargahı elan edib ki, bu partiya təkcə siyasi hizb deyil, təkcə müsəlmanlara aid deyil və bütün tayfa, din və məzhəblərdən olan vətəndaşlar partiyada üzv ola bilərlər.   

http://iqna.ir/fa/news/3743843

معرفی حزب جدید مسلمانان در تایلند

 

Teqlər: tayland ، partiya ، müsəlman ، iqna
captcha