IQNA

8:34 - September 13, 2018
Xəbər sayı: 3483846
İraqın Energetika Nazirliyi elan edib ki, İraqın “İmam Hüseyn (ə) mukəb”ləri və Kərbəla əyaləti dövlətin işıq enerjisinə qənaət proqramından istisna edilib.

İraqda “mukəb”lərin işığı sönməyəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-İraq” informasiya portalına istinadla verdiyi xəbərə görə,  İraqın Energetika Nazirliyi elan edib ki, İraqın “İmam Hüseyn (ə) mukəb”ləri və Kərbəla əyaləti dövlətin işıq enerjisinə qənaət proqramından istisna edilib.

İraqın Energetika Nazirliyi elan edib ki, Məhərrəm ayı mərasimləri keçirildiyi günlərdə Kərbəla əyaləti və İmam Hüseyn (ə) adına qurulmuş çadırlarda (mukəb) işıqlar sönməyəcəkdir.

Nazirlik bəyaniyyə yayaraq bildirib ki, Məhərrəmlik günlərində İmam Hüseyn (ə) adına qurulmuş çadırları və xidmət mukəblərini işıq enerjisi ilə tam təmin etməyə hazırdır və həmçinin zəvvarların istifadə etdiyi yollarda işıqlandırma təmin ediləcəkdir.

Nazirliyinin bəyaniyyəsində deyilir ki, Kərbəla əyaləti istiqamətində bütün yollarda işıq olacaq və zəvvarların bu barədə problemi olmayacaqdır.    

http://iqna.ir/fa/news/3746514  

Teqlər: iqna ، mukəb ، kərbəla ، işıq
Ad:
E-poçt:
* Comment:
* captcha: