IQNA

11:13 - September 15, 2018
Xəbər sayı: 3483864
Onun cənazəsini dünən, Cümə günü, 14 Sentyabr 2018-ci il, Cümə namazından sonra, izdihamlı müşayət ilə Tropili şəhərinin qərbində yerləşən “Ölvad Musa” qəbiristanlığında torpağa tapşırıblar.

Liviyanın məşhur Quran qarisi vəfat edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviya vətəndaşları məşhur və dünya şöhrətli Quran qarisi Şeyx Qəşqəş ilə 83 yaşında ikən vidalaşıblar.

Onun cənazəsini dünən, həftənin Cümə günü, 14 Sentyabr 2018-ci il, Cümə namazından sonra, izdihamlı müşayət ilə Tropili (Trablos) şəhərinin qərbində yerləşən “Ölvad Musa” qəbiristanlığında torpağa tapşırıblar.  

1935-ci ildə anadan olan Şeyx Mustafa Qəşqəş İslam dünyasının məşhur alim, Quran müəllimi, Quran hafizi və Quran qarilərindən biri idi. Qiraət elmləri sahəsində diplomunu Tunisin “Zeytuniyyə” universitetindən almışdı. 1962-1986-cı illərdə Quran mədrəsələrinin müdiri vəzifəsində işləyib.    

Mustafa Qəşqəş Liviyanın Tropili şəhərindəki “Qurani-Kərimin kitabəti və çapa hazırlanması komitəsi”nin daimi üzvü (1972-1998) və rəisi vəzifəsində də çalışmışdır.  

Şeyx Mustafa Qəşqəş Liviyanın milli və beynəlxalq Quran yarışlarında, həmçinin BƏƏ-nin “Dubay Mükafatı Quran Yarışları”, Ərəbistan, Tunis, Suriya, Pakistan və Türkiyənin beynəlxalq Quran yarışlarında hakimlər heyətinin tərkibində iştirak etmişdir.

http://iqna.ir/fa/news/3746836

وداع شهروندان لیبی با قاری برجسته جهان اسلام

Teqlər: iqna ، liviya ، qəşqəş
Ad:
E-poçt:
* Comment:
* captcha: