IQNA

İranın Afinadakı səfirliyinə hücum ediblər

7:41 - September 18, 2018
Xəbər sayı: 3483887
Parisdə İran səfirliyinə edilən hücumdan iki gün sonra, yəni dünən, həftənin birinci günü, sentyabrın 17-si səhər saatlarında İranın Yunanıstanın paytaxtı Afina şəhərindəki səfirliyinə basqın olub.

İranın Afinadakı səfirliyinə hücum ediblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın paytaxtı Parisdə İranın səfirliyinə edilən hücumdan iki gün sonra, yəni dünən, həftənin birinci günü, sentyabrın 17-si səhər saatlarında İranın Yunanıstanın paytaxtı Afina şəhərindəki səfirliyinə basqın olub.  

Səhər saat 6:00 radələrində hücuma keçən  ekstrimist ünsürlər səfirliyin binasına içi qırmızı boya ilə doldurulmuş butulkalar atıb.

Yunan KİV-ləri bildirirlər ki, bu qanunsuz aksiyanı “Rouvikonas” adlı kürd anarxist qrupun üzvləri həyata keçiriblər.  

Sayları on nəfər civarında olan anarxistlər motosikletlərlə hadisə yerindən uzaqlaşıblar. Yunan polisi səfirliyə butulka atanlardan heç kimi saxlaya bilməyib. Araşdırma aparılır.  

Xatırladaq ki, Yunanıstanda gizli fəaliyyət göstərən “Rouvikonas” anarxist qrupu Türkiyənin də bu ölkədəki diplomatik nümayəndəliklərinin binalarına basqınlar etmişdi.

 http://iqna.ir/fa/news/3747704

 

captcha