IQNA

20:58 - September 25, 2018
Xəbər sayı: 3483945
Belə ki, sorğuda iştirak edənlərin  54 faizi  İslamın Alman cəmiyyəti üçün uyğun olmadığını bildirsə də, 69 faizi  müsəlmanların  ölkənin  gündəlik həyatının vacib hissəsi olduğunu bidliriblər. 

Müsəlmanlar Almaniyanın ayrılmaz hissəsidir - SORĞUİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyada aparılan araşdırmaya görə, ictimaiyyət İslamla bağlı fərqli düşüncələrə sahibdir. 

Madie.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Alman Protestant Kİlsəsinin Sosial Elmlər İnstitutu  tərəfindən  təqdim edilən hesabatda deyilir. 
 
İnstitut araşdırması  zamanı paradoksla üzləşib. Belə ki, sorğuda iştirak edənlərin  54 faizi  İslamın Alman cəmiyyəti üçün uyğun olmadığını bildirsə də, 69 faizi  müsəlmanların  ölkənin  gündəlik həyatının vacib hissəsi olduğunu bidliriblər. 
 
Maraqlısı odur ki, sorğuda  iştirak edən 2 min nəfərin 56 faizi məktəblərdə İslam dinin tədris edilməsinə qarşı çıxsada, 42.5 faiz dövlət strukturunda  müsəlmanların təmsil olunmasını normal hesab edib. 
 
Araşdırmaya görə, Alamaniya  müsəlmanlarla əlaqəsi olmayan şəxslərin 59 faizi onların Almaniyanın bir hissəsi olduğunu düşünür. 
Teqlər: iqna ، almaniya ، türkiyə ، protestant
Ad:
E-poçt:
* Comment:
* captcha: