IQNA

6:10 - September 26, 2018
Xəbər sayı: 3483951
İsveçrənin “Sent Galen” əyalətində insan üzünü gizlədən hər növ geyim, o cümlədən müsəlman qadınların “rübənd” (bürqə) örtməsi qadağan edildi.

İsveçrədə “rübənd” qadağan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçrənin “Sent Galen” əyalətində insan üzünü gizlədən hər növ geyim, o cümlədən müsəlman qadınların “rübənd” (bürqə) örtməsi qadağan edildi.

Bu cür geyim növünün qadağan edilməsi prosesi əyalətdə yaşayanlar arasında soğru keçirilərək başladılıb. Sent-Galen əyalətində yaşayan vətəndaşların 66 faizi “rübənd”in qadağan edilməsinə müsbət səs veriblər.

Sent-Galen əyaləti İsveçrənin şimal-şərqində yerləşir. Bu əyalətdən öncə də 2016-cı ildə “Tisinu” əyalətində müsəlman qadınların “rübənd” örtməsi qadağan edilmişdi.

Yeni qanuna əsasən üzünü bağlayaraq şəxsiyyətinin tanınmasına mane olan və bu vasitə ilə ictimaiyyətdə sabitliyi pozan kəslər cərimə ediləcəklər.

İsveçrənin İslam Mərkəzinin şurası bu addımı ölkədə artmaqda olan ictimai “islamofobiya”nın göstəricilərindən biri hesab edərək keçən həftənin bazar günü yaydığı bəyaniyyədə elan edib ki, müsəlman qadınlar öz rübəndlərini ötrməkdə davam etsinlər. Çünki qanuna görə, hansı şəxsin cəmiyyət üçün təhdid olub-olmaması barədə qərarı yerində yoxlama ilə polis verir.

Qeyd edək ki, İsveçrə dövləti dövlət səviyyəsində “rübənd”in qadağan edilməsi ilə müxalifət edərək, bu barədə qərar verməyi əyalət hakimlərinin öz ixtiyarında qoyub.

İsveçrənin Glarus, Sulusren və Zurix əyalətləri “rübənd” qadağasının əleyhinə rəy veriblər. Əgər İsveçrənin sağçı radikal partiyası “rübənd”in əleyhinə 100 min imza toplaya bilərsə, “rübənd”in ölkə səviyyəsində qadağan edilməsi üçün 2019-cu ildə referendum keçiriləcək.  

http://iqna.ir/fa/news/3749784

Teqlər: isveçrə ، rübənd ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: