IQNA

22:01 - September 29, 2018
Xəbər sayı: 3483974
İsveçin Jönköpinq şəhərində yaşayan 65 yaşlı bir qadın sosial media hesabından İslam dinini təhqir etdiyi səbəbiylə 3 ay həbs cəzasına məhkum edilib.

İsveçdə İslam dinini təhqir edən qadın həbs edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin Jönköpinq şəhərində yaşayan 65 yaşlı bir qadın sosial media hesabından İslam dinini təhqir etdiyi səbəbiylə 3 ay həbs cəzasına məhkum edilib.

İsveç dövlət televiziyası "SVT"-nin xəbərində bir qadının Feysbuk hesabından İslam dinini təhqir edərək, "müsəlmanların zəka yaşının inkişaf etmədiyi" istiqamətində ifadələr işlətdiyi bildirilib.

Paylaşımla bağlı nifrət cinayəti törətdiyi səbəbiylə barəsində cinayət işi açılan qadın Jönköpinq məhkəməsində dəlil çatışmazlığı səbəbiylə günahsız sayılıb.

Ancaq məhkəmənin qərarını ləğv edən Geta Ali Məhkəməsi 8 dəfə İslamı və müsəlmanları təhqir etdiyinə hökm verdiyi qadını nifrət cinayətinə görə 3 ay həbs cəzasına məhkum edib.

http://eastnews.az/news/29269

Teqlər: iqna ، isveç ، islamofobiya
Ad:
E-poçt:
* Comment:
* captcha: