IQNA

Ərbəin zəvvarlarının İraq ərazisində nəqliyyat xərcləri nə qədər olacaq?

17:38 - October 13, 2018
Xəbər sayı: 3484048
"İmam Hüseynin (ə) "Ərbəin" ziyarəti üçün İraq ərazisində bütün hazırlıq işləri görülüb. Zəvvarlar yemək və qalmaq kimi məsələlərlə bağlı heç bir narahatçılıq keçirməsinlər."

Ərbəin zəvvarlarının İraq ərazisində nəqliyyat xərcləri nə qədər olacaq?İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "İmam Hüseynin (ə) "Ərbəin" ziyarəti üçün İraq ərazisində bütün hazırlıq işləri görülüb. Zəvvarlar yemək və qalmaq kimi məsələlərlə bağlı heç bir narahatçılıq keçirməsinlər." - bunu Nəcəfdə müqəddəs məkanların  yenidənqurma işləri üzrə qərargah rəisi Əlirza Fədakar deyib. 

O bildirib ki,  Nəcəf şəhərində İmam Əlinin (ə) hərəminin  Həzrət Zəhra (s) eyvanı  İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərmək  üçün hazırlanıb. Həmçinin İraq ərazində zəvvarlara xidmət etmək üçün müxtəlif kampaniyalar həyata keçirilir.
 
“Mikroavtobus və avtobus sürücüləri  İmam Hüseyn (ə) zəvvarlarına pulsuz xidmət göstərmək üçün hazır olduqlarını bildiriblər. Lakin  buna baxmayaraq zəvvarların sayının çox olmasını nəzərə alaraq  ziyarətçilıər özləri ilə lazimi qədər İraq dinarı götürsünlər.”
 
O qeyd edib ki, zəvvarlar Mehran sərhəddindən  Nəcəf şəhərinə  mikroavtobusla 17 min dinara gedə bilər. 
“Minik avtomobili ilə Mehrandan – Kərbəla və Nəcəf şəhərlərinə adambaşına 25 min dinar, Nəcəfdən Kərbəla şəhərinə avtobus və mikroavtobusla getmək istəyən olarsa  qiyməti 3500 dinar, minik avtomobili  hər nəfər üçün  6 min dinardır. 
 
Nəcəf – Kazimeyn avtobus və mikroavtobus  9 min dinar,  4 nəfərlik minik avtomobili hər nəfər üçün 14 min dinar,  Kərbəla – Samirra İmam Hüseynin (ə) hərəminin avtobusları ilə  gediş-gəliş (Kazimeyn və Müslimin balalarının qəbrini ziyarəti ilə birlikdə)  12 min dinar,  Kazimeyn – Samirra  4 nəfərlik minik avtomobili ilə  hər nəfər üçün 10 min dinardır.”
 
Qeyd edək ki, qiymətlər dollar və İraq dinarının  qiymətinin artması nəticəsində dəyişə bilər.
 
Digər bir xəbərə görə İran ərazisindən Ərbəin zəvvarlarının İraq sərhəddinə daşımaq üçün 16500 avtomobus, 46 min minik avtomobili, 45 min miktoavtobus fəaliyyət göstərəcək.
Teqlər: iqna ، kərbəla ، nəcəf ، Ərbəin ، samerra ، kazimeyn
captcha