IQNA

9:29 - October 24, 2018
Xəbər sayı: 3484091
İkinci beynəlxalq “Quranın təcvid elmi” konfransı təcvidin tarixi, həqiqətlər və nəticələr mövzusunda altı abanda Rusiyada Saratov şəhərində keçiriləcək.

İkna xəbər verir:  Rusiyanın cənub qərbindəki Pavaloj məntəqəsinin müsəlmanlar idarəsinin və “Zeyd ibn Sabit Quran mərkəzinin” köməyi ilə Saratov şəhərində Quran elmlərinin genişlənməsi və alim və mütəxəssislərin Quranla yaxından tanış olması məqsədi ilə konfrans keçiriləcək.

Bu konfransda Moskva, Kazan Ufa, Perom, Saratov və Dağıstan respublikasından olan alimlər və tədqiqatçılar Quranın üsulu İslam tarixi və Rusiyada təcvid elmi haqda elmi əsərlərini iştirakçlara təqdim edəcək və Quranın təlimi sahəsində yeni tədris metodlarını bildirəcəklər.

Qeyd edək ki Rusiyada təcvid elmi konfransının ilk iclası keçən ilin şəhrivər ayının 26-sı (17-09-2017) Saratov şəhərində keçirilmişdi.

http://iqna.ir/fa/news/3758131

Ad:
E-poçt:
* Comment:
* captcha: