IQNA

Mədinədə müxtəlif dillərdə Quran çapı

11:50 - October 28, 2018
Xəbər sayı: 3484094
Beynəlxalq bölmə: Mədinədəki “Məlik Fəhd” Quran çapı cəmiyyəti Quranın çapı və yayılması sahəsində çoxlu işlər görmüşdür. İndiyə qədər dünyanın müxtəlif qitələrində danışılan məşhur dillərdə Quran çap etmişdir.

 İkna xəbər agentliyi  “al-jazirahonline”  xəbər agentliyinə istinadə edərək  xəbər verir : Mədinədəki “Məlik Fəhd” Quran çapı cəmiyyəti müdiri  Məhəmməd  Salim ibn Şədidul-əvfi dedi: Bu mərkəz müxtəlif müsəlman dövlətlərinə Quran yayılmasında önəmli rol oynayan bir mərkəzdir.

Məhəmməd  Salim ibn Şədidul-əvfi dedi: Bir ilidən az bir müddətdə bu mərkəzdə  Ərəbistanın  mədəniyyət nazirliyinin vəsaiti ilə on səkkiz milyon Quran çap olunub. Keçən illərə nisbətdə Quranın çap xərcləri azalıb və çapın sayı artmışdır.
O, bildirdi ki, bu mərkəz 74 dildə Quran çap etmişdir. Bu Quranlardan 39 dil Asiya qitəsinə, 16 dil Avropa qitəsinə və 19 dil Afrika qitəsinə aiddir.

http://iqna.ir/fa/news/3758648

captcha